MÜSİAD Azərbaycanın təşkilatçılığı ilə iftar proqramı keçirilib

MÜSİAD Azərbaycanın təşkilatçılığı ilə iftar proqramı keçirilib

Bakı. TurkicWorld:

MÜSİAD Azərbaycanın təşkilatçılığı ilə Sabirabad rayonunda iftar proqramı keçirilib.

Bu barədə TurkicWorld-a MÜSİAD Azərbaycandan bildirlib.

Proqramda Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dos.Dr. Cahit Bağcı, millət vəkili Ramin Məmmədov və Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov iştirak edib.

Proqramdan əvvəl MÜSİAD Azərbaycan İdarə Heyəti üzvləri Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov ilə görüşülüb. Sabirabad Şəhidlər Xiyabanı ziyarət edilib.

İftar Proqramda MÜSİAD Azərbaycanın İdarə Heyəti ilə birlikdə üzvləri, şəhid ailələri, axıska türkləri və rayon sakinləri iştirak edib.

Məlumat üçün qeyd edək ki, MÜSİAD hər il Ramazan ayında ənənəvi iftar süfrələri təşkil edir.

Xatırladaq ki, MÜSİAD-ın 81 ölkədə, 164 məntəqədə ümumilikdə 12 mindən çox üzvü, Türkiyədə isə 83 şöbəsi var. Bu il MÜSİAD-ın yaranmasından 34 il keçir.

Əlavə olaraq bildirək ki, TurkicWorld (Türk Dünyası) media platforması MÜSIAD Azərbaycanın rəsmi media partnyorudur.