MÜSİAD Azərbaycan "Brake Systems Azerbaijan" MMC şirkətini ziyarət edib

MÜSİAD Azərbaycan "Brake Systems Azerbaijan" MMC şirkətini ziyarət edib

Bakı, TurkicWorld:

MÜSİAD Azərbaycanın təşkilatçılığı ilə Hacıqabul Sənayə Məhəlləsi "Brake Systems Azerbaijan" MMC şirkəti ziyarət edilib.

TurkicWorld xəbər verir ki, görüşdə Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dos.Dr Cahit Bağcı, İqtisadi Zonaların İnkişafı Agentliyinin sədr müavini Elkiyar Ziyadov, müşavirlər və MÜSİAD Azərbaycan İdarə Heyətinin üzvləri ilə birlikdə üzvlər də iştirak edib.

Məlumat üçün bildirək ki, MÜSİAD Azərbaycan üzvü olan Mehman Ağayev “BRAKE SYSTEMS AZERBAİJAN” MMC şirkətini 2020-ci ildə təsis edib. Müəssisə "Klass" brendi adı altında, Azərbaycanda ilk dəfə olaraq əyləc bəndlərinin istehsalını qurub.

Qeyd edək ki, MÜSİAD-ın 81 ölkədə, 164 məntəqədə ümumilikdə 12 mindən çox üzvü, Türkiyədə isə 83 şöbəsi var. Bu il MÜSİAD-ın yaranmasından 34 il keçir.

Əlavə olaraq bildirək ki, TurkicWorld (Türk Dünyası) media platforması MÜSIAD Azərbaycanın rəsmi media partnyorudur.