Son dəqiqə

Azərbaycan Gimnastika federasiyası

“Gimnastika hamı üçün” beynəlxalq “Challenge”ində Azərbaycanın 20 rayonundan olan nümayəndələr də iştirak edir - AGF-nin baş katibi

Bakı. TurkicWorld:

"Gimnastika hamı üçün" növü üzrə 1-ci beynəlxalq "Challenge"də Bakı idmançıları ilə yanaşı Azərbaycanın 20 rayonundan nümayəndələr də iştirak edir.

TurkicWorld xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Nurlana Məmmədzadə deyib.

Onun sözlərinə görə, sevindirici haldır ki, beynəlxalq "Challenge" iştirakçıları arasında "Qızıl Yaş" kateqoriyasının nümayəndələri də var.

"Azərbaycan Gimnastika Federasiyası doqquz gimnastika növünü inkişaf etdirir ki, onlardan biri də "Gimnastika hamı üçün"dür. Azərbaycan gimnastları ilk dəfə bu formaеda 2015-ci ildə Helsinkidə keçirilən 15-ci Dünya Gimnastradasında iştirak ediblər. Bu tədbirdə iştirak etməklə ölkəmizdə "Gimnastika hamı üçün" növünün əsası qoyuldu. Bundan sonra Azərbaycan milli komandası hər il Avropa Gimnastikası və Beynəlxalq Gimnastika Federasiyasının keçirdiyi tədbirlərdə iştirak edir. Keçən il biz Bakıda "Gimnastika hamı üçün" növü üzrə milli festival keçirdik, bu il isə Azərbaycan komandaları ilə yanaşı, Gürcüstan və Litva nümayəndələrinin çıxış etdiyi beynəlxalq tədbirə ev sahibliyi edirik", - deyə o bildirib.

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Gimnastika hamı üçün" üzrə 1-ci Bakı Beynəlxalq "Challenge" iyunun 17-də və 18-də Azərbaycanın paytaxtında keçirilir.

Mövzuya görə xəbərlər