Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdləri “UNEC-i tanı” layihəsində iştirak ediblər

Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdləri “UNEC-i tanı” layihəsində iştirak ediblər

Bakı. TurkicWorld:

Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdləri "UNEC-i tanı" layihəsində iştirak ediblər.

TurkicWorld xəbər verir ki, UNEC-in 3 saylı tədris binasında olan abituriyentlərə Rəqəmsal İqtisadiyyat fakültəsinin dekanı dos.Elman Cəfərov universitetdəki ixtisaslar, tədris prosesi, imtahanların təşkili, elektron universitet modeli, Amerika, Avropa və Türkiyənin aparıcı universitetləri ilə ikili diplom proqramları, xüsusi təqaüd və digər təhsil imkanları barədə ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.

Şagirdlər üçün tədris binasında infotur da təşkil olunub. Abituriyentlər kitabxana, müasir texnologiyalarla təchiz olunmuş auditoriyalar, imtahan zalı, tələbə müzakirə otağı, laboratoriyalar, idman zalı, yeməkxana ilə tanış olublar.

Liseyin şagirdləri UNEC-dən xoş təəssüratlarla ayrılıblar.