Azərbaycanlı filosofun məqaləsi İndoneziyada çap olunub

Azərbaycanlı filosofun məqaləsi İndoneziyada çap olunub

Bakı TurkicWorld

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın “Dünyaşöhrətli alim Lütfi Zadənin Azərbaycan “Era”sı tarix fəlsəfəsi kontekstində” (World Famous Scientist Lutfi Zade's Azerbaijan "Era " in the Context of History Philosophy) adlı məqaləsi İndoneziyanın “Journal of Pedagogy and Education Science” jurnalında dərc olunub.

TurkicWorld-un AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, məqalə alimin İngiltərənin “Cambridge Scholars” nəşriyyatı ilə müqavilə əsasında çapa hazırlanan “Lütfi A.Zadənin dövrü, dünyagörüşü və fəlsəfi baxışları” (“The Era, Worldview and Philosophical Views of Lotfi A. Zadeh”) monoqrafiyası əsasında yazılıb. Məqalədə dünyaşöhrətli azərbaycanlı alim Lütfi Zadənin Azərbaycan dövrü və azərbaycançılıq idealı yeni mənbələr əsasında tarix fəlsəfəsi kontekstində təhlil edilərək dəyərləndirilib.