Velosiped və skuter istifadəçiləri piyadalara bərabər hesab edilir– Aslan Əsədov (ÖZƏL)

Velosiped və skuter istifadəçiləri  piyadalara bərabər hesab edilir– Aslan Əsədov (ÖZƏL)

Bakı, TurkicWorld

Velosiped və skuter istifadəçiləri piyadalara bərabər hesab edilir, Bu sözləri TurkicWorld-a özəl açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.

O bildirib ki, Azərbaycan Respublikasının yol hərəkəti haqqında qanunda velosiped, skuter, mühərrikli velosipedlər və.s kimi vasitələr yenidir.

“Bunlara biz nəqliyyat vasitəsi deyə bilmərik. Çünki qanunda onlar haqqında xüsusi bir bənd və ya müddəa yoxdur. Bu vasitələr piyadalara bərabər tutlan şəxslər sayılır. Son zamanlar xoşagəlməz faktlardan biri də, ölüm hadisəsinin çox olmasının avto qəzalarda birbaşa bu vasitələri istifadə edən şəxslərin adının hallanmasıdır. Əlbəttə bununla bağlı müəyyən işlər görülməli, qanunvericiliyə yenidən baxılmalıdır”,- deyə ekspert qeyd edib.
Ekspertin fikrincə, bu vasitələrin magistiral yolda hərəkəti qəti qadağandır.

“Xüsusən də gecə saatlarında, qaranlıq ərazilərdə, işıqlandırılmayan yol sahələrində bu vasitələrin hərəkəti qəti qadağan edilib. Biz bunların hamısına bir vətəndaş olaraq özümüz də nəzarət etməliyik. Dövlət isə bu barədə hüquqi bazanı işləyib hazırlamalı, müəyyən yol infrastrukturunu qurulmalı və s. kimi işlər görməlidir. Biz unutmamalıyıq ki hər bir insanın sağlamlığı, təhlükəsizliyi öz əlindədir. İnsanlar bu kimi hadisələrə daha həssas yanaşılmalı, şəhər mühitində hərəkət edən qaydalara açıq olmalıdır”,- deyə A. Əsədov vurğulayıb.

Mehriban Xəlilli

@MXalilbekova