Bakı. TurkicWorld:
ABŞ və İsraildən Azərbaycana gələn nümayəndə heyətinin azad olunmuş ərazilərə səfəri başlayıb.
TurkicWorld-un məlumatına görə, Trend-in müxbiri xəbər verir ki, səfər Diaspora İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunub.Səfərin əsas məqsədi Azərbaycan tarixi, mədəniyyəti, ən əsası Azərbaycan həqiqətlərinin dünya və İsrail, ABŞ ictimaiyyətinə çatdırmaqdır.
Nümayəndə heyəti Xudafərin körpüsünü ziyarət edəcək və daha sonra Şuşa şəhərinə səfər edəcək.