Son dəqiqə

Azərbaycan İran Seyid Abbas Musəvi Azərbaycan XİN

İran səfirliyinin 4 diplomatının Azərbaycandan çıxarılması üçün proses dünəndən etibarən başlayıb - XİN

Bakı. TurkicWorld:

İran səfirliyinin "persona-non-grata" (arzuolunmaz şəxs) elan edilən diplomatlarının Azərbaycandan çıxarılması üçün proses dünəndən etibarən başlayıb.

Bu barədə TurkicWorld-a Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edək ki, 6 aprel 2023-cü il tarixində İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb.

İran Səfirliyinin 4 əməkdaşının diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən "persona-non-grata" (arzuolunmaz şəxs) elan edildiyi İran səfirinin diqqətinə çatdırılıb və həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib.

Arzuolunmaz şəxs elan edilən diplomatlar aşağıdakılardır:

Mirmahdi Mirsalampur Şərif
Qurbanəli Purmərcan Varcovi
Hadı Moğadam
Əsgər Bahari Xoş Mənzər

Mövzuya görə xəbərlər