Ceyhun Bayramov Fələstin Prezidenti ilə görüşüb

Ceyhun Bayramov Fələstin Prezidenti ilə görüşüb

Bakı. TurkicWorld:

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fələstin Prezidenti Mahmud Abbasla görüşüb.

TurkicWorld xəbər verir ki, Ceyhun Bayramov bu barədə tviterdəki hesabında yazıb.

"Azərbaycanla Fələstinin ikitərəfli və çoxtərəfli münasibətlərinin perspektivləri, regional və beynəlxalq vəziyyət, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib. Böyük qonaqpərvərliyə və səmərəli görüşə görə minnətdarlığımı bildirirəm", - deyə paylaşımda qeyd olunub.