Azərbaycan və Fələstin XİN başçıları görüşüb

Azərbaycan və Fələstin XİN başçıları görüşüb

Bakı. TurkicWorld:

Martın 30-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Fələstin Dövlətinin xarici işlər naziri Riyad Əl-Maliki ilə görüşü keçirilib.

TurkicWorld-in məlumatına görə, bu barədə Fələstin Xarici İşlər Nazirliyinin tvitter səhifəsində paylaşım edilib.

Görüşdən sonra hər iki nazirin mətbuata bəyanatlarla çıxış edəcəyi gözlənilir.

Qeyd edək ki, 28 mart 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov İsrail və Fələstinə rəsmi səfərə gedib.