Emin Əmrullayev Fransada səfərdədir

Emin Əmrullayev Fransada səfərdədir

Bakı. TurkicWorld:

Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev Fransada səfərdədir.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva özünün "Twitter" səhifəsində yazıb.

"Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayevin Parisə səfəri zamanı Azərbaycan və Fransa arasında təhsil sahəsində ikitərəfli əməkdaşlıq, imkanlar, perspektivlər və gələcək planlar müzakirə mövzusu olub", - deyə L.Abdullayeva bildirib.