Azərbaycan-İsrail münasibətləri və qarşılıqlı faydalı əməkdaşlıq bu tarixi səfərdən sonra daha da genişlənəcək - XİN

Azərbaycan-İsrail münasibətləri və qarşılıqlı faydalı əməkdaşlıq bu tarixi səfərdən sonra daha da genişlənəcək - XİN

Bakı. TurkicWorld:

Azərbaycan-İsrail münasibətləri və qarşılıqlı faydalı əməkdaşlıq bu tarixi səfərdən sonra daha da genişlənəcək.

TurkicWorld-un məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviterdə qeyd edib.

"Yaşasın daha güclü və firavan Azərbaycan-İsrail tərəfdaşlığı", - deyə o bildirib.

Qeyd edək ki, 28 mart 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov İsrail və Fələstinə rəsmi səfərə yola düşüb.

Səfər çərçivəsində 29-30 mart tarixlərində nazir Ceyhun Bayramovun hər iki ölkənin yüksək səviyyəli nümayəndələri ilə görüşlərinin keçirilməsi, habelə Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyinin açılış mərasimində iştirakı nəzərdə tutulub.