Silahlı Qüvvələr Günü münasibəti ilə Antalyada yaşayan azərbaycanlılar bir araya gəlib
İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 103-cü ildönümü münasibəti ilə Antalyada yaşayan azərbaycanlılar, Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyinin təşkilatçılığı ilə bir araya gəliblər.
Turkic.World-un məlumatına görə, həm Silahlı Qüvvələr Gününü, həm də pandemiya səbəbindən təxirə salınmış Vətən savaşındakı Qələbəmizi qeyd edən həmvətənlərimizə İraq Türkmən Birliyi və Dayanışma Dərnəyi Başqanı Kürşat Çavuşoğlu və idarə heyəti, Ahıska türkləri və Antalya Türk Ocaqları təşkilatının sədri Abdullah Uysal da qatıldı.
Tədbirin təşkilatçısı olan Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyi İdarə heyətinin sədri Ceyran Səttarova və sədr müavini Azər İsmayıl gələn qonaqlara təşəkkürlərini bildirərək bu günlərdə birlik və bərabərliyin önəmli olduğunu vurğuladılar.







