Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünün tarixi müzakirə olunur

Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünün tarixi müzakirə olunur

Bakı. TurkicWorld:

Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünün vaxtı müzakirə edilir.

TurkicWorld xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Moskvada səfərdə olan Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında deyib.

"Yaxın vaxtlarda hər üç nazir üçün əlverişli tarixlər seçəcəyik", - deyə o bildirib.

Qeyd edək ki, daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bildirmişdi ki, Moskva Rusiyada Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü təşkil etməyə hazır olduğunu təsdiqləyir.

Ötən ilin dekabrına planlaşdırılan üçtərəfli görüş erməni tərəfi tərəfindən pozulub.