Ceyhun Bayramov Belçikaya işgüzar səfər edib

Ceyhun Bayramov Belçikaya işgüzar səfər edib

Bakı. TurkicWorld:

20 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov "Türkiyə və Suriyadakı insanlar üçün birlikdə" adlı Beynəlxalq Donorlar Konfransında iştirak etmək məqsədilə Belçika Krallığının Brüssel şəhərinə işgüzar səfərə yola düşüb.

Bu barədə Xarici İşlər Nazirliyindən TurkicWorld-a bildirilib.

Nazir Brüsseldə “Türkiyə və Suriyadakı insanlar üçün birlikdə” adlı Beynəlxalq Donorlar Konfransında iştirak edəcək.