Rəcəb Tayyib Ərdoğanın sülhün bərqərar olması üçün gördüyü işləri və vasitəçilik səylərini yüksək qiymətləndiririk - Peskov

Rəcəb Tayyib Ərdoğanın sülhün bərqərar olması üçün gördüyü işləri və vasitəçilik səylərini yüksək qiymətləndiririk - Peskov

Bakı,TurkicWorld:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sülhün bərqərar olması üçün gördüyü işləri və vasitəçilik səylərini yüksək qiymətləndiririk.

TurkicWorld-un məlumatına görə, bu sözləri Rusiya Prezidentinin sözçüsü Dmitriy Peskov, Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Rəcəb Tayyip Ərdoğanın sülh sahəsində Nobel mükafatına namizədliyi ilə bağlı təklifini qiymətləndirərkən deyib.

Peskov, ''Taxıl sazişi''nin uzadılması ilə bağlı jurnalistlərə verdiyi açıqlamalarda Rusiyanın bu razılaşmanın 60 gün də uzadılmasına etiraz etmədiyini bildirib.

Qeyd edək ki, ''Taxıl sazişi'' Türkiyə, Ukrayna, Rusiya və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında 2022 ilin 22 iyul tarixində İstanbulda imzalanıb.