Son dəqiqə

Azərbaycan Türkiyə Mövlud Çavuşoğlu Ceyhun Bayramov

Ceyhun Bayramovla Çavuşoğlu arasında telefon danışığı olub

Bakı. TurkicWorld:

17 mart tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən TurkicWorld-a verilən məlumata görə, telefon danışığı zamanı Xarici işlər nazirləri Azərbaycanla Türkiyə arasında ikitərəfli və regional əməkdaşlıq məsələlərini, habelə beynəxalq təşkilatlar çərçivəsində gündəlikdə duran aktual mövzuları müzakirə ediblər.

Tərəflər həmçinin bölgədəki mövcud vəziyyət, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Mövzuya görə xəbərlər