Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti seçkiləri müşahidə etmək məqsədilə Qazaxıstana səfər edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti seçkiləri müşahidə etmək məqsədilə Qazaxıstana səfər edib

Bakı. TurkicWorld:

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti 2023-cü il martın 19-da Qazaxıstan Respublikasında keçiriləcək növbədənkənar parlament və yerli nümayəndəlik orqanlarına seçkiləri müşahidə etmək məqsədilə bu ölkəyə səfər edib.

MSK-dan TurkicWorld-a bildirilib ki, Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirovun dəvətinə əsasən reallaşdırılan səfər çərçivəsində M.Pənahovun Qazaxıstanlı həmkarı və digər rəsmi şəxslərlə bir sıra görüşlər keçirməsi, ali seçki qurumları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılması nəzərdə tutulur.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının təmsilçiləri, həmçinin Türk Dövlətləri Təşkilatı və Müstəqil Dövlətlər Birliyinin müşahidə missiyalarının tərkibində də sözügedən seçkilərin müşahidəsində iştirak edirlər.

Mərkəzi Seçki Komissiyasının nümayəndələri səsvermə günü paytaxt və bölgələrdə yerləşən seçki məntəqələrində müşahidə aparacaqlar.