Artıq Azərbaycandan xarici terrorçu qruplara qoşulanlar yoxdur - Mübariz Qurbanlı

Artıq Azərbaycandan xarici terrorçu qruplara qoşulanlar yoxdur - Mübariz Qurbanlı

Artıq Azərbaycandan xarici terrorçu qruplara qoşulanlar yoxdur, belə hallar qeydə alınmır.

Turkic.World-un məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə deyib.

M.Qurbanlı bildirib ki, əvvəllər xarici terrorçu qruplara qoşulanlar olub: “Hüquq-mühafizə orqanlarının apardığı profilaktik işlər, o cümlədən də ideoloji tədbirlər nəticəsində bu cür halların qarşısı alındı və hazırda belə hallar qeydə alınmır”.