Bakı. TurkicWorld:
Yanvarın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə din xadimlərinin 2023-cü ildə fəaliyyəti və qarşıda duran vəzifələrə həsr edilmiş müşavirə keçirilib. Müşavirədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Elnur Ağasiyev, Siyəzən Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Aqil Abdulov, Qafqaz Müsəlmanları İdarəsinin Şabran, Siyəzən və Xızı rayonları üzrə qazısı Cavanşir Əfəndiyev, Şabran və Siyəzən rayonlarından olan din xadimləri iştirak edib.
TurkicWorld xəbər verir ki, müşavirədə din xadimlərinin 2023-cü ildə fəaliyyəti haqqında məlumat verilib.
“İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara təyin edilmiş din xadimlərinin vəzifə təlimatı” haqqında slayd nümayiş etdirilib və qeyd edilib ki, din xadimləri milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində fəaliyyət göstərməli, dini radikalizm, ekstremizm, məzhəbçilik və xurafat meylləri ilə mübarizə məsələsinə xüsusi diqqət yetirməlidirlər.
Müşavirədə Dini Qurumlarla İş üzrə Dövlət komitəsinin Quba bölgəsi üzrə şöbəsinin fəaliyyəti, 2023-cü ildə keçirilən tədbirlər, əməkdaşlıq edilən qurumlar və informasiya portallları haqqında məlumat verilərək bildirildi ki, 2024-cü ildə də müvafiq qurumlarla qarşılıqlı fəaliyyət göstəriləcək.
Müşavirədə qaşıda duran vəzifələr müzakirə olundu, din xadimlərinin fikirləri dinlənildi.