ABŞ Dövlət Departamenti İranın Azərbaycana qarşı təxribatına münasibət bildirib

ABŞ Dövlət Departamenti İranın Azərbaycana qarşı təxribatına münasibət bildirib

Bakı. TurkicWorld:

ABŞ Dövlət Departamenti İranın Azərbaycanın hava sərhədindəki təxribatına münasibət bildirib.

TurkicWorld xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat katibi Ned Prays jurnalistlər üçün keçirilən brifinq zamanı deyib.

"Azərbaycan və İrana gəlincə, təbii ki, İran uzun müddətdir ki, regionda pis niyyətli oyunçudur. O, həm yaxın, həm də uzaq qonşularını təhdid edən pis niyyətli işlərlə məşğul olur. Ona görə də biz bu tip gərginlikləri narahatlıqla izləyirik. Bizim yanaşmamız bundan ibarət idi ki, Cənubi Qafqazda Azərbaycanla, Ermənistanla qarşılıqlı fəaliyyətimizə sərmayə yatıraq ki, əvvəllər tamamilə fərqli kontekstdə dediyimiz kimi, daha sabit, münaqişəyə və gərginliyə daha az meylli Cənubi Qafqaz regionuna nail olaq", - deyə N.Prays bildirib.