Azərbaycan-İsrail münasibətlərində yeni dövr başlayıb - Səfir

Azərbaycan-İsrail münasibətlərində yeni dövr başlayıb - Səfir

Bakı. TurkicWorld:

Azərbaycan-İsrail münasibətlərində yeni dövr başlayıb.

TurkicWorld-un məlumatına görə, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik tw`itter hesabında qeyd edib.

O, Azərbaycanın İsraildəki səfiri təyin edilən Muxtar Məmmədovun İsrailə gəldiyini bildirib.

"Xoş gəlmisiniz, cənab səfir! Azərbaycan-İsrail münasibətlərində yeni dövr", - deyə qeyd edilib.

Xatırladaq ki, 11 yanvar 2023-cü il tarixində Prezident İlham Əliyevin sərəncamı ilə Muxtar Məmməd oğlu Məmmədov Azərbaycanın İsraildə fövqəladə və səlahiyyətli səfiri təyin edilib.