Son dəqiqə

Azərbaycan BMT Qoşulmama Hərəkatı

BMT Baş Assambleyasının prezidenti Azərbaycana səfərə gələcək

Bakı. TurkicWorld:

BMT Baş Assambleyasının prezidenti Qoşulmama Hərəkatının COVID-19-dan sonrakı bərpaya həsr olunmuş Sammitində çıxış edəcək

28 fevral 2023-cü il – BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Csaba Kőrösi Qoşulmama Hərəkatının COVID-19-dan sonrakı bərpaya həsr olunmuş zirvə görüşündə çıxış etmək məqsədilə martın 2-də Azərbaycana rəsmi səfər edəcək.

Prezident Kőrösi dünyanın COVİD-19 pandemiyasının təsirlərini aradan qaldırdığı bir vaxtda elmə, innovasiyaya, texnologiyaya və rəqəmsallaşmaya əsaslanan "yeni reallığa" ehtiyacın olduğunu vurğulayacaq.

Csaba Kőrösinin yüksək səviyyədə görüşləri gözlənilir.

Prezident Kőrösinin səfəri martın 3-də başa çatacaq. Səfər zamanı onu aparat rəhbərinin müavini Marani, habelə iqtisadiyyat və enerji məsələləri üzrə aparat rəhbərini müavini Məmmədova da daxil olmaqla dörd nəfərdən ibarət nümayəndə heyəti müşayiət edəcək.

Mövzuya görə xəbərlər