Türkiyənin vitse-prezidenti Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib

Türkiyənin vitse-prezidenti Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib

Bakı. TurkicWorld:

Türkiyənin vitse-prezidenti Fuat Oktay Xocalı soyqırımının ildönümü ilə bağlı özünün "Twitter" səhifəsində paylaşım edib.

TurkicWorld xəbər verir ki, paylaşımda deyilir:

"31 il əvvəl Xocalıda yaşanan vəhşiliklər hələ də ürəyimizi yandırmaqda davam edir.

Həyatını itirən qardaş və bacılarımızı yad edirik.

Can Azərbaycanın dərdi bizim dərdimizdir.

Unutmadıq, unutmayacağıq!".

Qeyd edək ki, Xocalı soyqırımından 31 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.