Fevralın 26-sı Azərbaycanın ən faciəvi günlərindən biridir - Ceyhun Bayramov

Fevralın 26-sı Azərbaycanın ən faciəvi günlərindən biridir - Ceyhun Bayramov

Bakı. TurkicWorld:

Fevralın 26-sı tarixi Azərbaycanın ən faciəvi günlərindən biridir.

TurkicWorld xəbər verir ki, bunu Bakıda Xocalı abidəsini ziyarət zamanı jurnalistlərə açıqlamasında Xarici işlər naziri Ceyhun Bayramov deyib.

“Xocalıda yaşayış məntəqələrimiz dağılıb, insanlarımız öldürülüb. Qadınlar, uşaqlar, ahıllar işgəncə ilə qətlə yetirilib və nəhayət Xocalı yer üzündən silinib”, - deyə nazir qeyd edib.

Qeyd edək ki, Xocalı soyqırımından 31 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.