...

Hərbi Hava Qüvvələrinin helikopter bölmələri təlim-məşq uçuşları keçirib

Siyasət Digər xəbərlər 23 Fevral 2023 10:48
TurkicWorld Aytac Aliyeva
Hərbi Hava Qüvvələrinin helikopter bölmələri təlim-məşq uçuşları keçirib

Bakı. TurkicWorld:

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlim-məşq uçuşları həyata keçirilib.

Müdafiə Nazirliyindən TurkicWorld-a verilən məlumata görə, plana uyğun olaraq helikopterlər bazalanma aerodromlarından müəyyən edilmiş marşrutlar üzrə uçuşlar edib.

Helikopter ekipajlarının döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən məşqlərdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

Məqalədə:
Xəbərlər

Xəbər lenti