Britaniya şirkətləri azad olunan ərazilərin bərpasında yaxından iştirak edəcək - Səfir

Britaniya şirkətləri azad olunan ərazilərin bərpasında yaxından iştirak edəcək - Səfir

Bakı. TurkicWorld:

Britaniya şirkətləri Azərbaycanın işğaldan azad olunan ərazilərinin bərpasında yaxından iştirak edəcək.

TurkicWorld-un məlumatına görə, bu barədə Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld tvitter hesabında qeyd edib.

"Böyük Britaniya brendlərinin Azərbaycanda artan rolunu görməyə çox şadam. Bugün Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Avropa və Şimali Amerika üzrə naziri Leo Dokerti ilə Azərbaycana yeni daxil olmuş Britaniya şirkəti JCBmachines -in nümayəndələri ilə görüşdük.

Ümid edirik ki, Britaniya şirkətləri Azərbaycanın işğaldan azad olunan ərazilərinin bərpasında da yaxından iştirak edəcək", - deyə qeyd edilib.