Britaniyanın Avropa və Şimali Amerika üzrə naziri Ceyhun Bayramovla görüşüb

Britaniyanın Avropa və Şimali Amerika üzrə naziri Ceyhun Bayramovla görüşüb

Bakı. TurkicWorld:

Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Avropa və Şimali Amerika üzrə naziri Leo Dokerti Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

TurkicWorld-un məlumatına görə, bu barədə britaniyalı nazir öz tviter hesabında bildirib.

"Azərbaycan Böyük Britaniyanın mühüm ticarət və enerji tərəfdaşıdır. Mən Böyük Britaniyanın regionda sülh və təhlükəsizliyə sadiqliyini vurğuladım", - deyə L.Dokerti qeyd edib.

Qeyd edək ki, Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Avropa və Şimali Amerika üzrə naziri Leo Dokerti Azərbaycanda səfərdədir.