Paşinyan Prezident İlham Əliyevin qarşısında uğursuzluğa uğradı

Paşinyan Prezident İlham Əliyevin qarşısında uğursuzluğa uğradı

Bakı. TurkicWorld:

Ermənistanın baş naziri Nikol Paşinyanın Münhen Təhlükəsizlik Konfransında növbəti uğursuzluğundan sonra ermənilər özünə gələ bilmir.

TurkicWorld-un məlumatına görə, xüsusilə, erməni siyasətçi, "Erməni Milli Konqresi"nin sədr müavini Levon Zurabyan qeyd edir ki, o, Münhen konfransında Paşinyanla Prezident İlham Əliyevin debatını dəhşətlə izləyib.

"Ermənistan liderlərinin Levon Ter-Petrosyandan Robert Köçəryana və Serj Sarkisyana, onlardan Nikol Paşinyana qədər təkamülünü müşahidə etsək, Ermənistanın növbəti liderinin pitekantrop olacağı fikrini rədd etmək çətindir", - deyə L.Zurabyan qeyd edib.

O vurğalayıb ki, Prezident İlham Əliyev Azərbaycanın Rusiyadan ixrac edilən şəxslə, yəni Ruben Vardanyanla deyil, ömür boyu Qarabağda doğulub yaşamış erməni icmasının nümayəndələri ilə danışmağa hazır olduğunu deyəndə Paşinyan susdu.

Siyasətçi onu da qeyd edir ki, Paşinyan vaxtının çox hissəsini sovet dövründə məscidlərin sökülməsi ilə bağlı axmaq iddialarına sərf edub.

"Paşinyanın dar məntiqinə görə ermənilərin etdiklərinin əhəmiyyəti az olduğu qənaətinə gəlməli idi. Üstəlik, Paşinyan ona ayrılan vaxtın ən böyük hissəsini bu axmaqlığa sərf edib.

Yeri gəlmişkən, L.Zurabyanın qeyd etdiyi kimi, Paşinyanın dünən Münhen Təhlükəsizlik Konfransındakı çıxışı dəhşətli reallıqları ortaya qoydu:

"Ermənistanın biabırçı kapitulyasiyasının acınacaqlı təcəssümü Münhendə oturub və məlum oldu ki, döyüş meydanında nəyisə itirməsək, pis diplomatiya nəticəsində nəyisə itirəcəyik".