Azərbaycan Özbəkistan Türkmənistan Şavkat Mirziyoyev Mərkəzi Asiya

Azərbaycanın iştirakı ilə Mərkəzi Asiya ölkələrinin məşvərət görüşü tarixi əhəmiyyət daşıyır - Şavkat Mirziyoyev

BAKI,TurkicWorld

Azərbaycanın iştirakı ilə Mərkəzi Asiya ölkələrinin məşvərət görüşü tarixi əhəmiyyət daşıyır.

Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev oktyabrın 8-də Türkmənistanın Avaza şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşü zamanı deyib.

"Bugünkü görüşümüz xüsusi əhəmiyyət daşıyır. Bu görüş ilk dəfə qardaş Azərbaycanla birlikdə keçirilir", - deyə o bildirib.

Mirziyoyev Türkmənistanın uğurlu sədrliyini xüsusi qeyd edib.

"Bu il ərzində bir çox mühüm məsələlər üzrə regional əməkdaşlıqda əhəmiyyətli irəliləyişə nail olduq və konkret razılaşmalar əldə etdik. Son illər ərzində Mərkəzi Asiya əhəmiyyətli dərəcədə dəyişib. Ölkələrimiz arasındakı münasibətlərin atmosferi də dəyişib. Daha müntəzəm görüşməyə, məsələləri açıq şəkildə müzakirə etməyə, həll yolları tapmağa və bir-birimizi dəstəkləməyə başlamışıq. Məşvərət görüşlərimiz bu prosesdə mühüm rol oynayıb. Bu formatı yaradarkən sadə bir anlayışdan çıxış edirdik: Mərkəzi Asiyanın rifahı və təhlükəsizliyi birbaşa dövlətlərimiz arasında etimaddan asılıdır. XXI əsrdə Mərkəzi Asiyanın dostluğu, mehriban qonşuluğu və inkişafı naminə əməkdaşlıq haqqında müqavilənin bağlanması prosedurunun başa çatdırılması tarixi hadisə oldu. Bununla belə, biz mürəkkəb və ağır strukturlar yaratmağa çalışmırıq. Bizə qarşılıqlı hörmət, etimad və praqmatizm əsasında güclü, suveren və müstəqil dövlətlərin əməkdaşlıq etdiyi çevik və aydın format lazımdır. Məhz bu yanaşma artıq öz nəticəsini verib", - deyə o bildirib.

Özbəkistan Prezidenti qeyd edib ki, region beynəlxalq arenada daha inamlı və nəzərəçarpacaq şəkildə təmsil olunur.

"Bunu həm "Mərkəzi Asiya +" formatına artan maraq, həm də xarici tərəfdaşlarımızından ibarət çevrənin davamlı genişlənməsi göstərir. Yaxınlaşmamız asan olmayan şəraitdə baş verir. Dünya sürətlə dəyişir, gərginlik artır, ticarət-nəqliyyat əlaqələri yenidən qurulur, yeni risklər meydana çıxır. Belə bir şəraitdə fəaliyyətimizi daha sıx əlaqələndirmək vacibdir", - deyə o vurğulayıb.

Mövzuya görə xəbərlər