Ukrayna XİN humanitar yardım üçün Azərbaycana təşəkkür edib

Ukrayna XİN humanitar yardım üçün Azərbaycana təşəkkür edib

Bakı. TurkicWorld:

Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Azərbaycana humanitar yardım üçün təşəkkür edib.

TurkicWorld-in məlumatına görə, bu barədə Ukrayna XİN-in "Twitter" hesabındakı paylaşımda bildirib.

"Ukrayna şəhərlərini generator və transformatorlarla təmin etdiyi üçün Azərbaycana minnətdarıq. Bu, Ukraynanın zərər görmüş kritik infrastrukturunun bərpası üçün çox vacibdir", - deyə paylaşımda qeyd olunub.