Macarıstan Azərbaycan-Ermənistan sərhədlərinin demarkasiyası istiqamətində görülən işləri alqışlayır

Macarıstan Azərbaycan-Ermənistan sərhədlərinin demarkasiyası istiqamətində görülən işləri alqışlayır

Bakı. TurkicWorld:

Azərbaycan və Ermənistan tərəfindən sərhədlərin demarkasiyası istiqamətində görülən işləri alqışlayırıq.

TurkicWorld xəbər verir ki, Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 10-cu iclası çərçivəsində keçirilən mətbuat brifinqdə deyib.

O qeyd edib ki, sülhün bərpa olunması üçün hazırıq. Həmçinin Macarıstan azad edilən ərazilərin minalardan təmizlənməsi istiqamətində də Azərbaycana dəstək göstərməyə hazırdır.