Azərbaycana görə bizi tənqid edənlər indi Prezident İlham Əliyevlə şəkil çəkdirmək üçün can atırlar - Peter Siyarto

Azərbaycana görə bizi tənqid edənlər indi Prezident İlham Əliyevlə şəkil çəkdirmək üçün can atırlar - Peter Siyarto

Bakı. TurkicWorld:

Azərbaycan ciddi çağırışlarla üzləşən regionda yerləşir.

TurkicWorld xəbər verir ki, Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 10-cu iclası çərçivəsində keçirilən mətbuat brifinqdə deyib.

"İki ölkə arasında olan əməkdaşlıq bu çağırışların öhdəsindən gəlməyə kömək edir. Azərbaycanla strateji tərəfdaşlığa görə bizi tənqid edənlər vardı. Lakin indi o tənqid edənlər Azərbaycan Prezidenti İlham Əliyevlə şəkil çəkdirmək üçün can atırlar.

Bizim strateji tərəfdaşlığımız bir sıra fürsətlər yaradır",- deyə P.Siyarto deyib.