2025-ci ilin sonunadək bərpa yenidənqurma işlərinin tamamlanması planlaşdırılır - Peter Siyarto

2025-ci ilin sonunadək bərpa yenidənqurma işlərinin tamamlanması planlaşdırılır - Peter Siyarto

Bakı. TurkicWorld:

Biz hər zaman Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləmişik.

Bu barədə TurkicWorld-in sualını cavablayarkən Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 10-cu iclasında deyib.

"Cəbrayılın Soltanlı qəsəbisinin yenidən qurulmasında Macarıstan şirkəti iştirak edir. Onlar bütün qəsəbəni yenidən quracaqlar. Artıq ictimai yerlərin tikintisi işlərinə başlanıb. Noyabarın sonunadək digər işlər planlanacaq. 2025-ci ilin sonunadək bərpa yenidənqurma işlərinin tamamlanması planlaşdırılır",- deyə o bildirib.