Son dəqiqə

Azərbaycan KOBİA Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri KOBİA rəhbəri ilə görüşüb

BAKI,TurkicWorld

Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İsam bin Saleh əl-Cuteyli Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovla görüş keçirib.

TurkicWorld xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyinin rəsmi “X” hesabında məlumat yayılıb.

Görüş zamanı Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında qarşılıqlı maraq doğuran məsələlər, xüsusilə kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.

Tərəflər biznes əlaqələrinin genişləndirilməsi, sahibkarlığın inkişafı və iki ölkə arasında iqtisadi əməkdaşlığın yeni istiqamətləri barədə fikir mübadiləsi aparıblar.

Mövzuya görə xəbərlər