Paşinyan Rusiya sülhməramlılarını təhdid etdi

Paşinyan Rusiya sülhməramlılarını təhdid etdi

Bakı. Trend:

Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlılarını tənqid edib, hətta təhdid etməkdən də çəkinməyib.

Trend-in məlumatına görə, Paşinyan çıxışı zamanı bir sıra məqamlara toxunub. Onun sülhməramlıların ünvanına etdiyi tənqidləri isə xüsusilə diqqət çəkib.

Paşinyan Rusiya sülhməramlılarının fəaliyyətinin qənaətbəxş olmadığını əsas gətirərək Qarabağa digər beynəlxalq təşkilatların, BMT-nin sülhməramlılarının gətirliməsini təklif edib.

Paşinyan bu təkliflərini mütəlif bəhanələr gətirərək əsaslandırmağa çalışsa da reallıq odur ki, Ermənistan rəhbərliyi Rusiya sülhməramlılarını əvəzləmək və regiona əlavə qüvvələri gətirməyə çalışır.

Paşinyan hakimiyyətinin bir müddətir ki, bu istiqamətdə çalışdığı açıq məlum idi. Fransanı danışıqlara qoşmaq cəhdi, Avropa İtifaqının missiyasının Ermənistana gətirilməsi və sonradan yeni missiyanın dəvət olunması və s.

Görünən odur ki, Paşinyan hakimiyyəti Rusiya sülhməramlılarını tezliklə bölgədə əvəz olunmasına və yeni qüvvələrin gətirilməsini hədəfləyir.

Bu açıqlamalar ilə Paşinyan bir növ sülhməramlıları və dolayı yolla Rusiyanı təhdid edir. Yəni onların sülhməramlılardan gözləntisi birmənalı olaraq erməni maraqlarına xidmət etməsidir. Sülhməramlıların indiki fəaliyyəti Paşinaynı narazı saldığından indi o, Rusiya sülhməramlıları ilə təhdid formasında danışır.

Yekun olaraq isə Ermənistanın regiondakı hadisələrə heç bir təsir imkanı olmadığını nəzərə alsaq, Paşinyanın bu açıqlamaları da bir nəticə verməyəcək. Bölgədə şərtləri diqtə edən tərəf Azərbaycandır!