Erməni politoloq Tavuşda həbs edilib

Erməni politoloq Tavuşda həbs edilib

Bakı. TurkicWorld:

Tavuşda sərhədlərin demarkasiyası prosesinə etiraz edən bir sıra erməni saxlanılıb.

TurkicWorld bu barədə erməni KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, saxlanılanlar Noyemberyan polis bölməsinə aparılıb. Onların hamısı azadlığa buraxılıb, lakin politoloq Suren Petrosyan həbs edilib.

Qeyd edək ki, aprelin 22-də Ermənistanın "Döyüş Qardaşlığı" təşkilatının 5 üzvü saxlanılıb. Təşkilat üzvləri Tavuş vilayətində insident törətdiklərinə görə saxlanılıb.