Son dəqiqə

Azərbaycan Ermənistan Ceyhun Bayramov

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüş tarixi açıqlanıb

Bakı. TurkicWorld:

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın Qazaxıstanın Almatı şəhərində görüşünün tarixi bəlli olub.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə sosial media hesabında paylaşım edib.

Qeyd edilib ki, görüş mayın 10-da Almatıda baş tutacaq.

Xatırladaq ki, bir müddət əvvəl Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan və Ermənistan arasında danışıqlar üçün platforma təklif etmişdi.

Mövzuya görə xəbərlər