Yeni açılacaq səfirliklər diplomatik səylərimizi daha da gücləndirəcək - XİN

Yeni açılacaq səfirliklər diplomatik səylərimizi daha da gücləndirəcək - XİN

Yeni diplomatik nümayəndəliklər diplomatik səylərimizi daha da gücləndirəcək.

Trend xəbər verir ki, bu barədə bu gün Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "Twitter" hesabında bildirilib.

"Milli Məclis Albaniyada, İsraildə, Keniyada səfirliklərin, BMT-nin Nayrobi ofisində Daimi Nümayəndəliyin, Fələstində Təmsilçilik Ofisi açılması haqqında qanun layihələrini təsdiqləyib. Yeni diplomatik nümayəndəliklər diplomatik səylərimizi daha da gücləndirəcək", - deyə məlumatda qeyd edilir.