Bu qətnamə Fransa ilə Azərbaycan arasında xeyli anlaşılmazlıqlar yaradacaq - Qətnamənin əleyhinə səs vermiş yeganə senator

Bu qətnamə Fransa ilə Azərbaycan arasında xeyli anlaşılmazlıqlar yaradacaq - Qətnamənin əleyhinə səs vermiş yeganə senator

Bakı. TurkicWorld:

Fransa Senatının Azərbaycanla bağlı dünən qəbul etdiyi qətnamə iki ölkə arasında xeyli anlaşılmazlıqlar yaradacaq.

Bunu TurkicWorld-un müraciətinə cavab olaraq çərşənbə günü qətnamənin əleyhinə səs vermiş yeganə senator olan Natali Qule deyib.

Qeyd edək ki, söhbət 15 noyabr 2022-ci il tarixində Fransa Senatında qəbul edilmiş “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamədən gedir.

"Həmkarlarımın əksəriyyətinin dairəsində çoxlu ermənilər var. Onlar münaqişəni xristian ermənilərlə müsəlman azərbaycanlılar arasında münaqişə kimi qələmə verərək yanlış rəy yaradıblar. Onlar yalnız bir versiyaya malikdir və hər iki tərəfin mövqeyi ilə maraqlanmır. Burada erməni lobbisi, xüsusilə, qəzet və televiziyalar da çox güclüdür. Bu qətnamə xeyli anlaşılmazlıqlar yaradacaq. Parlament daha balanslı prezident və hökumətdən fərqlənir. Bu, balanslaşdırılmış mövqe üçün çox pis nümunədir. Fikrimcə, Fransa, həmçinin, Minsk qrupunun həmsədri qismində nüfuzunu itirdi", - deyə o bildirib.