Ermənistanın Laçın və Zəngəzur dəhizləri ilə bağlı addımları Türkiyə ilə münasibətlərinə müsbət təsir göstərə bilər - Ərdoğan

Ermənistanın Laçın və Zəngəzur dəhizləri ilə bağlı addımları Türkiyə ilə münasibətlərinə müsbət təsir göstərə bilər - Ərdoğan

Bakı. TurkicWorld:

Ermənistanla son olaraq Praqada danışıqlar apardıq.

TurkicWorld-un məlumatına görə, bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistana səfərindən əvvəl keçirdiyi mətbuat konfrasında bildirib.

O qeyd edib ki, Ermənistana açıq və konkret şəkildə bildirildi ki, əgər siz Azərbaycanla münasibətləri müsbət istiqamətdə aparsanız, Türkiyə olaraq bizim də Ermənistanla münasibətlərimiz müsbət istiqamətdə olacaq.

"Biz Ermənistandan bunu gözləyirik. Hazırda bu mərhələyə gəlməmişik. Fransa və ABŞ-dakı erməni diasporu davamlı olaraq normallaşma prosesinin əleyhinə işlər aparır. Bu yanaşma normallaşma prosesinə mənfi təsir göstərir. Bu neqativ cəhdləri müsbət istiqamətə çevirəcək olan Ermənistan rəhbərliyidir. Onlar buna nail olsalar, bizim baxışımız da müsbət istiqamətə dəyişəcək. Biz düşmən qazanmağa yox, dostluq etməyə çalışırıq. Ermənistanın Laçın və Zəngəzur dəhizləri ilə bağlı addımları Türkiyənin addımlarına müsbət təsir göstərə bilər", - deyə R.T.Ərdoğan bildirib.