Son dəqiqə

Azərbaycan Litva

Litvanın Baş naziri Azərbaycana gəlir

Bakı. TurkicWorld:

Litvanın Baş naziri İnqa Ruqinyene Azərbaycana rəsmi səfər edəcək.

Bu barədə TurkicWorld-a Litvanın Azərbaycandakı Səfirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində keçirilən görüşlərdə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və əsas sahələr üzrə əməkdaşlığın inkişafına yönələcək.

Qeyd edilib ki, bu səfər Litva və Azərbaycan arasında tərəfdaşlığın inkişafında, eləcə də xalqlar arasında əlaqələrin gücləndirilməsində mühüm addım kimi qiymətləndirilir.

Mövzuya görə xəbərlər