Türkiyə TŞ Ermənistanın son təxribatlarını pisləyib

Türkiyə TŞ Ermənistanın son təxribatlarını pisləyib

Bakı. TurkicWorld:

Ermənistanın Azərbaycana qarşı təxribat xarakterli hərəkətlərini pisləyirik.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclasında deyilib.

Bildirilib ki, Ermənistan administrasiyası ona verilən sülh fürsətindən istifadə etməli və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.

Daimi sülhə nail olmaq üçün böyük səylər göstərən Azərbaycana güclü dəstək təstdiqlənib.