Pakistan və Azərbaycan bir bədəndə olan iki ürəkdir - Pakistanın Baş naziri

Pakistan və Azərbaycan bir bədəndə olan iki ürəkdir - Pakistanın Baş naziri

Bakı. TurkicWorld:

Pakistan və Azərbaycan bir bədəndə olan iki ürəkdir.

TurkicWorld xəbər verir ki, bunu Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif sentyabrın 16-da Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.

"Pakistan və Azərbaycan bir bədəndə olan iki ürəkdir. Azərbaycan ilə Pakistan arasında qardaşlıq və dostluq əlaqələri var. Biz Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik", - deyə Pakistanın Baş naziri qeyd edib.