Bakı. TurkicWorld:
Təssüfki itkilərimiz var, ictimaiyyətə əlavə məlumat veriləcək.
TurkicWorld-un məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov bu gün keçirilən brifinqdə deyib.
"Təəssüf ki, Ermənistan Azərbaycanın keçirdiyi "Qisas" əməliyyatı və xüsusilə Vətən müharibəsindən nəticə çıxarmayıb. Hazırda vəziyyət gərgin olaraq qalır, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altında qalır. Təssüfki bizim də itkilərimiz var, ictimaiyyətə əlavə məlumat veriləcək", - deyə o əlavə edib.





