Ermənistan nə sülhə hazırdır, nə də sülh istəyir - Rufiz Hafizoğlu "Əl-Cəzirə" telekanalına açıqlama verib (FOTO/VİDEO)

Ermənistan nə sülhə hazırdır, nə də sülh istəyir - Rufiz Hafizoğlu "Əl-Cəzirə" telekanalına açıqlama verib (FOTO/VİDEO)

Bakı. TurkicWorld:

Ermənistan nə sülhə hazırdır, nə də sülh istəyir.

TurkicWorld xəbər verir ki, bunu Qətərin "Əl-Cəzirə" telekanalına açıqlaması zamanı Trend BİA-nın direktor müavini, siyasi ekspert Rufiz Hafizoğlu bildirib.

O qeyd edib ki, Ermənistan hələ də bir sıra dövlətlərdən siyasi dəstək alır və bu da revanşist qüvvələrin aktivləşməsinə şərait yaradır.

“Ermənistan baş naziri Nikol Paşinyan Vladivostokda keçirilmiş forumda çıxışı zamanı faktiki olaraq yeni hərbi qarşıdurma iddiası səsləndirdi. Bu anons öz növbəsində Ermənistanın müharibəyə hazırlıq aparmasını göstərirdi”, - deyə o bildirib.

R.Hafizoğlu qeyd edib ki, Ermənistan bölgədə sülh və sabitliyə əngəldir.