...

Ermənistan təxribat xarakterli mövqelərdən uzaq durmalıdır - İbrahim Kalın

Siyasət Digər xəbərlər 13 Sentyabr 2022 14:20
TurkicWorld Daspina Hasanova
Ermənistan təxribat xarakterli mövqelərdən uzaq durmalıdır - İbrahim Kalın

Bakı. TurkicPress : Azərbaycan-Ermənistan sərhədində toqquşmalar narahatlıq doğurur.

TurkicPress -in məlumatına görə, Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın rəsmi "Twitter" hesabında bildirib.

"Danışıqlar davam edərkən, Ermənistan təxribat xarakterli mövqelərdən uzaq durmalıdır. Sülh və sabitlik yalnız Azərbaycanın ərazi bütövlüyü və qanuni hüquqları əsasında əldə edilə bilər. Türkiyə Azərbaycanın yanındadır”, - deyə o qeyd edib.

Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib.:

Məqalədə:
Xəbərlər

Xəbər lenti