Azərbaycan Türkiyə Ermənistan Xarici İşlər Nazirliyi Ceyhun Bayramov Hakan Fidan Yaxın Şərq

Azərbaycan və Türkiyə XİN rəhbərləri regional təhlükəsizlik və əməkdaşlığı müzakirə etdilər

BAKI, TurkicWorld

20 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb.

Bu barədə TurkicWorld-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, telefon danışığı zamanı, Azərbaycan-Türkiyə arasında ikitərəfli, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə olunub.

Bununla yanaşı, regional təhlükəsizlik məsələləri, Yaxın Şərqdə vəziyyət, eləcə də Azərbaycan-Ermənistan normallaşma prosesi ətrafında fikir mübadiləsi aparılıb.

Mövzuya görə xəbərlər