...

“TurAz Qartalı-2022” təlimində iştirak edəcək Türkiyə HHQ-nin nümayəndələri Azərbaycana gəlib

Siyasət Digər xəbərlər 2 Sentyabr 2022 08:34
Bakı Trend Daspina Hasanova
“TurAz Qartalı-2022” təlimində iştirak edəcək Türkiyə HHQ-nin nümayəndələri Azərbaycana gəlib

Bakı. Trend:

“TurAz Qartalı-2022” birgə taktiki-uçuş təlimində iştirak edəcək Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş və texniki heyətinin bir qrupu ölkəmizə gəlib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, təlimə hazırlıq məqsədilə heyətlərin yerləşdirilməsi, təlimin planlaşdırılması və digər təşkilati məsələlərlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.

Qeyd edək ki, birgə taktiki-uçuş təlimi sentyabrın 5-də başlayacaq.

Məqalədə:
Xəbərlər

Xəbər lenti