Son dəqiqə

Azərbaycan Türkiyə Gürcüstan Türkiyə Milli Müdafiə Nazirliyi Türkiyə Hərbi Hava Qüvvələri C-130 hərbi yük təyyarəsi C130 hərbi təyyarəsi

Gürcüstanda düşən Türkiyə C-130 təyyarəsindəki son şəhidin də nəşi tapılıb

BAKI, TurkicWorld, Nailə Babazadə

Azərbaycandan Türkiyəyə uçmaq üçün qalxan və Gürcüstan-Azərbaycan sərhədinə yaxın ərazidə düşən C-130 tipli hərbi kargo təyyarəsindəki son hərbçinin də nəşi tapılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama verib.

Nazirlik həmçinin qeyd edib ki, bölgədə aparılan axtarış-xilasetmə əməliyyatları tamamlanıb və bütün itkilər müəyyən edilib.

Qeyd edək ki, noyabrın 11-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C-130" hərbi yük təyyarəsi Gəncə hava limanından qalxdıqdan 27 dəqiqə sonra Gürcüstan ərazisində radarlardan itərək qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan, heyət üzvləri daxil olmaqla 20 hərbçinin hamısı həlak olub.

Mövzuya görə xəbərlər